Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, vitse-admiral Şahin Sultanovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanda səfərdədir.
APA-nın Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, bu gün başlayan səfər Pakistan HDQ-nin komandan, admiral Noman Bəşirin dəvəti ilə gerçəkləşir.
Ş. Sultanovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Pakistan HDQ-nin Baş Qərargahında N. Bəşirlə görüşüb. Görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Səfər çərçivəsində Ş. Sultanovun Pakistan Hərbi Hava Qüvvələri komandanı, müdafiə naziri, Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri, ordu komandanları ilə də görüşləri nəzərdə tutulur.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Karaçidə Pakistan HDQ-nin bazalarına səfər edəcək.
Səfər sentyabrın 30-da başa çatacaq.