ABŞ və əfqan qoşunları Əfqanıstanın cənubunda taliblərə qarşı yeni hücuma başlayıb, APA bbc.com saytına istinadən xəbər verir.
Əvvəllər bu ərazidə Taliban güclü müqavimət göstərmişdir.
Qəndəhar vilayətində aparılan əməliyyatda 8 min nəfərlik qoşun iştirak edir.
ABŞ qüvvələri bunker və partlayıcı qurğu komponentləri aşkar edib.