Oxucu sual verir: Əshabi-kəhfin mağarası harada yerləşir?
Əshabi-kəhf mağarasının harada yerləşməsi barədə müxtəlif fərziyyələr vardır. Daha geniş yayılmış məlumata görə, mağara sahibləri Türkiyə ərazisindəki Tarsus şəhərində yaşamışlar. Dünyanın çeşidli yerlərində əshabi-kəhf ziyarətgahları vardır. Türkiyənin Mərəş, Orta Asiyanın Urumçi şəhərlərində, Suriya, Fələstin, İordaniya, İraq, Misir, Əlcəzair, Əfqanıstan və Ərəbistan torpaqlarında, hətta İspaniyadakı mağaralar camaat tərəfindən ziyarət edilir. Fərziyyələrdən biri də Azərbaycanın Naxçıvan bölgəsi ilə əlaqədardır. Xristian mənbələrində hadisənin Türkiyədəki Efes şəhərində baş verdiyi göstərilir. Bəzi son tədqiqatlar İordaniyanın Rəqim bölgəsindəki mağaranın hadisəyə daha uyğun olduğunu göstərir.