Oxucu sual verir: İnsan buraxdığı səhvlərə və günahlara görə tövbə edərsə, qiyamət günündə bunların üstü açılacaqmı?
Allah tövbələri qəbul edən və sirləri örtəndir. Bu üzdən Allah-təalanın əsmai-hüsnasından (ən gözəl adlarından) biri “təvvab” (tövbəni qəbul edən), o biriləri isə “əfüvv” (çox bağışlayan) və “səttar”dır (üstünü örtən, gizləyən). Əgər insan öz günahına görə səmimi-qəlbdən tövbə-istiğfar edərsə və bir daha bu günaha qayıtmazsa, Allah onu bağışlayar, günahını silər və heç vaxt bu günahı xatırlatmaz. Tövbə edən şəxsin günahı Allahla öz arasında sirr qalar və hətta qiyamətdə belə, bunun üstü açılmaz. Allahın yanında ən dəyərli məfhumlardan biri möminin izzəti, abır-həyasıdır. Allah-təala öz peşman bəndəsinin abrını başqalarının gözü qarşısında əskiltməz.