Oxucu sual verir: İnsan qıldığı namazın niyyətini deyərkən, namazın adını səhv söyləsə, qəbuldurmu?
Əgər səhv deyərkən namazın adının düz tələffüz edilməməsi nəzərdə tutulursa, bunun heç bir eybi yoxdur. Əgər qıldığı namazın adını deyərkən, səhvən başqa namazın adını söyləsə, bu halda da namazı doğrudur. Məsələn, zöhr namazı qılarkən, çaşıb “əsr namazı qılıram” desə, qıldığı namaz düzgün sayılar. Əsas olan niyyətin düzgünlüyüdür. Yəni namaz qılan anlamalı və fərqində olmalıdır ki, hansı namazı qılır. Bunu niyyətində doğru müəyyən etsə, amma dildə hər hansı səbəb üzündən səhv desə, inşallah, eybi yoxdur.