Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov "Azərbaycan Respublikası – keçmiş təcrübələr və gələcək perspektivlər " mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Tehrana gələn Azərbaycan nümayəndə heyəti ilə görüşüb.
Səfir Tehran Universitetinin Qafqaz araşdırmaları mərkəzinin təşkil etdiyi bu konfransı çox yüksək qiymətləndirib. Azərbaycan və İran münasibətlərinə toxunan səfir bildirib ki, iki ölkə arasındakı əlaqələr uğurla inkişaf edir.
Xatırladaq ki, sentyabrın 19-da keçiriləcək "Azərbaycan respublikası – keçmiş təcrübələr və gələcək perspektivlər" mövzusunda konfransda İran, Azərbaycan, Rusiya, Gürcüstan və Türkiyədən mütəxəssislər iştirak edəcəklər