Ayasofyada dini ayin keçirilməsini tələb edən yunan mənşəli amerikalılardan ibarət olan təxminən 250 qrup, Türkiyəyə getməkdən imtina etdi.
APA-nın CNNTÜRK saytına istinadən verdiyi xəbər gərə, Yunanıstanın Dedeağaç (Aleksandrupolis) şəhərindən olan bir qrup şəxsin bu axşam, ən gec sabah səhər saatlarında Türkiyəyə hərəkət etməsi gözlənilirdi. Qrupun lideri və Beynəlxalq Ayasofya Kilsə İctimaiyyəti Təşkilatının Başçısı Xris Spiru deyib ki, "Qrupun məqsədi yalnız dua etməkdən ibarətdir". Amma onu və tərəfdaşlarını Türkiyəyə buraxılmayacağını iddia edərək İstanbula getməyəcəyini bildirib.
Beynəlxalq Ayasofya Kilsə İctimaiyyəti Təşkilatının 2005-ci ildə ABŞ-da yaranıb və Ayasofyanın kilsə olaraq xidmət etməsi məqsədinə nail olmaq istəyir.