İsrail baş naziri Binyamin Netanyahu və Fələstin Milli muxtariyyətinin rəhbəri Mahmud Abbas arasında sülh danışıqlarının üçüncü raundu keçirilib.
Görüş bağlı qapılar arxasında keçirilib və onun detalları açıqlanmır.
İsrail sentyabrın 26-da İordan çayının qərb sahilində yəhudi yaşayış məskənlərinin salınmasına qoyduğu 10 aylıq moratoriumu başa çatdırmağa hazırlaşır. Fələstinlilər moratoriumun uzadılmasını istəyirlər, əks halda onlar danışıqları yarımçıq tərk edəcəklərini bildirirlər.