Sentyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb.
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq hava limanında dövlətimizin başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla yola saldılar.
Həmin gün prezident İlham Əliyev vətənə qayıtdı.
Heydər Əliyev Beynəlxalq Aeroportunda prezidenti baş nazir Artur Rasizadə, prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.