İstanbulda, "Çırağan" sarayında Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının qurulması haqqında Birgə Bəyannamə"nin imzalanması mərasimi olub.
Sənədi Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan imzalayıblar.
Sonra mətbuata açıqlama verilib və jurnalistlərin sualları cavablandırılıb.