Sentyabrın 19-da Tehran Universitetində "Azərbaycan Respublikası: Keçmiş təcrübələr - gələcək perspektivlər" adlı beynəlxalq seminar keçiriləcək. APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, seminarda müxtəlif ölkələrdən dəvət edilmiş qonaqlar, tələbələr iştirak edəcəklər.
Seminarda İran prezidentinin müavini Müctəba Səməri Haşimi, İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami, ali dini rəhbərin nümayəndəsi Seyid Əliəkbər Ocaqnejad, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da çıxış edəcəklər.
Seminar Tehran Universitetinin Qafqaz Araşdırmalar Şöbəsinin dəstəyi ilə təşkil olunur.