Kərbəla müsibətindən bir az sonra kufəlilərin bir dəstəsi Abdullah ibn Ömərin yanına gəlib ondan soruşurlar: "Ağcaqanadı öldürmək günahdırmı? Əgər bir nəfər bədəninə qonmuş ağcaqanadı öldürsə, ondan çıxan qan pak sayılar, ya murdar?"
Abdullah ibn Ömər onların cavabında qəzəblə söyləyir: "Vay olsun sizə! Peyğəmbər nəvəsinin qanını tökəndə bunun günah olub-olmadığını heç düşünmədiniz. İndi ağcaqanad qanının hökmü ilə maraqlanırsınız!".