Oxucu sual verir: Yetkinlik yaşına çatmamış uşağa şəriətdə haram olan yeməklər, məsələn, halal olmayan kolbasa yedizdirmək olarmı?
Doğrudur, insan yetkinlik yaşına çatmayıbsa, şəriətə əməl edib-etməmək barədə məsuliyyəti yoxdur. Allah qiyamətdə yalnız yetkinlik yaşına çatmış və ağlı başında olan şəxslərin əməllərini haqq-hesab edəcək. Lakin bu, heç də uşaqlara haram qidalar yedizdirməyə əsas vermir. Çünki qida insanın həm fizioloji, həm də mənəvi-psixoloji vəziyyətinə təsir edir. Haram qidalar insanın həm sağlamlığına, həm də əxlaqına mənfi təsir buraxır. Üstəlik, bu, insanda vərdiş və aslılıq da yarada bilər. Haram qidalara öyrəşmiş uşağın böyüdükdən sonra bunu tərgitməsi çətin olur. Bu səbəblərdən hətta uşaqları belə, haram qidalardan uzaq tutmaq lazımdır.