Oktyabrın 21-22-də Gəncə şəhərində "İslam Konfransı Təşkilatına üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliği" mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi planlaşdırılır.
Oktyabrın 21-22-də Gəncə şəhərində "İslam Konfransı Təşkilatına üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliği" mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi planlaşdırılır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfrans iştirakçıları İKT ölkələrində qeyri-maddi irsin qorunması və təbliğinə dair əsas fikirləri tədqiq və müzakirə edəcəklər.