Oxucumuz sual verir: İnsan namaza başladığı vaxtdan əvvəl qılmadığı namazları qəza etməlidirmi? Əgər etməlidirsə, bəs niyə İslamın ilk illərində dinə gələn şəxslər keçmiş namazlarını qəza etmədilər?
İslam şəriətinə görə, insan yetkinlik yaşına çatdığı gündən etibarən öhdəsində olan vacib ibadətləri (namaz, oruc kimi) yerinə yetirməlidir. Əgər bunları vaxtında yerinə yetirməsə, günahkardır və imkan düşən kimi qəza etməlidir. Əgər üzrsüz yerə qəza etməzsə, qiyamət günündə buna görə sorğu-sual olunacaq. Lakin hər bir hökmə görə cavabdehlik, o hökmün Allah tərəfindən vacib edilməsindən və insanlara elan olunmasından sonra qüvvəyə minir. Namaz hökmü də Peyğəmbər tərəfindən insanlara çatdırıldıqdan sonra onu yerinə yetirmək hər kəsə vacib olur. Bundan əvvəl ümumiyyətlə, namaz hökmündən əsər-əlamət yox idi, ona görə də cahiliyyət dövründəki heç nəyə görə insanlar məsuliyyət daşımırdılar. Amma İslam dini gəldikdən sonra hər bir əmələ görə, o cümlədən, vaxtında qılımmayıb qəzaya buraxılmış namazlara görə insan Allah qarşısında cavabdehlik daşıyır.