Şimali Osetiyanın paytaxtı Vladiqafqazın mərkəzi bazarında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 15-ə çatıb.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, prokurorluq orqanlarından bildirilib ki, bu gün səhər terrorçu-kamikadze "Volqa" maşınında 30-40 kq trotil gücündə bombanı işə salıb. Son məlumatlara görə, partlayış nəticəsində 15 nəfər həlak olub, 50-dən çox insan isə yaralanıb. Ölənlərin sayının artacağı ehtimal olunur.