POPULYARXƏBƏRLƏR

Allahşükür Paşazadə Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təbrikdə deyilir: "Dünya müsəlmanlarının əziz günü olan mübarək Ramazan bayramı münasibəti ilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namaz və dualarınızın qəbul olunmasını diləyirəm.

Uca Allaha şükürlər olsun ki, Onun Rizasını qazanmaq üçün bu mübarək ay boyunca ibadətlərimizə əməl edərək, Ramazani-Şərifin builki bayram səadətinə qovuşmağı bizlərə nəsib etdi. Qoy İslam dininə sədaqətini nümayiş etdirmiş müsəlmanlarımıza bu mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun.

Ramazanın müqəddəsliyi Quranın məhz bu ayda nazil olması ilə bağlıdır. Ümumbəşəri əhəmiyyətə malik bu bayram insana sonsuz iman sevgisi bəxş edir. Şükürlər olsun ki, xalqımız ildən-ilə Ramazanın mahiyyətindən irəli gələn dəyərlərə daha artıq dərəcədə sahib olur. Milli birlik və həmrəyliyimizə vəsilə olan Ramazan bayramı dövlət səviyyəsində də qeyd olunur.

Əsrlər boyu mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edən bu bayram günündə valideynlərə, qohum-əqrəbaya baş çəkilib, küsülülər barışıb, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilib, fitrə və sədəqələr verilib, dünyasını dəyişmiş yaxınların qəbirləri ziyarət edilib.

Allah-Talanın Lütfü və Mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımızın ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəklərindən qaynaqlanır. Bu əziz bayram günündə qədirbilən xalqımız milli-mənəvi dəyərlərimizin inkişafında əvəzsiz xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin ruhuna rəhmət diləyir. Uca Allahdan möhtərəm dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında millətimizin uğurlarına, dövlətimizin qüdrətinə rəvac verməsini diləyirik. Allaha dualar edirik ki, inşallah, işğal altında olan torpaqlarımızın azad edilməsini, Qarabağda Azərbaycan bayrağının ucaldılmasını bizlərə nəsib etsin. Şəhidlərimizin ruhları şad olsun.

Bir daha Əziz bayram – Eydül-Fitr münasibətilə bütün mömin qardaş və bacılarımı təbrik edir. Uca Yaradandan hər birinizin evinə rifah, ruzi və əmin-amanlıq bəxş etməsini diləyirəm. Qoy xalqımızın bütün ülvi arzu və niyyətləri gerçəkləşsin!"



Yerləşdirilib:9 Sentyabr, 2010  15:22, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com