POPULYARXƏBƏRLƏR

DİN Lənkəran şəhərində dindarlarla polis arasında qarşıdurma baş verməsi haqda mətbuatda yazılanlara münasibət bildirib

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov Lənkəran şəhərində dindarlarla polis arasında qarşıdurma baş verməsi haqda mətbuatda yayılan məlumatlara münasibət bildirib.


S. Gözəlov APA-ya açıqlamasında deyib ki, sentyabrın 3-də saat 00.15 radələrində Lənkəranın Qumbaşı kəndi ərazisində "VAZ-2107" markalı avtomaşında olan naməlum şəxslər odlu silahdan atəş açaraq kənd sakini Elşən Hüseynovu qətlə yetiriblər. Ağır xəsarət almış digər sakin Ramin Ağamoğlanov isə xəstəxanaya yerləşdirilib: "Polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla və operativ şəkildə həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində ağır cinayəti törədərək hadisə yerindən qaçmış Emil Bağırov, Ramil Hümmətov, Arif Feyzullayev, Zamin Sadıqov, habelə cinayətdə iştirak etmiş Məmmədağa Dəyyanov, Xəqani Əhədov, Məlikağa Məlikli, Orxan Dəyyanov və Zaur Həsənov saxlanılıblar".
S. Gözəlov qeyd edib ki, müxtəlif mətbuat orqanları ictimai rəyi çaşdırmaq, hadisənin əsl səbəblərini, qanlı cinayətin açılması yönündə hüquq-mühafizə orqanları tərəfindən görülmüş tədbirlərin mahiyyətini təhrif etmək yolunu seçiblər: "Onlar bu mövzu ilə bağlı dərc etdikləri və yaydıqları materiallarda "şəhərə xüsusi təyinatlılar yeridildi", "polislə yerli sakinlər arasında toqquşma baş verdi", "gözyaşardıcı qazdan istifadə olundu, bölgədə qeyri-rəsmi fövqəladə vəziyyətdir" kimi uydurma ifadələrdən istifadə edərək, guya sentyabrın 7-də Lənkəran şəhərində 200-ə yaxın dindarla polis arasında qarşıdurma baş verdiyini iddia edirlər. Bildirirəm ki, nə sentyabrın 7-də, nə də ondan əvvəl Lənkəran şəhərində hər hansı qarşıdurma baş verməyib. Bu barədə yayılanlar isə həqiqətdən uzaq, tamamilə yalan məlumatlardır."
DİN sözçüsü deyib ki, polislə yerli sakinlər arasında guya qarşıdurmaya səbəb olmuş digər fakt Lənkəran sakini Qismət İsayevin tutulması ilə əlaqədardır: "Əslində, məsələ belə olub - sentyabrın 2-də şəhərin "Cümə" məscidinin Axundu və onun müavini polisə ərizə ilə müraciət edərək Qismət İsayevin onların şərəf və ləyaqətlərini alçaldan hərəkətlərə yol verməklə xuliqanlıq etdiyini bildiriblər. Araşdırma aparılıb, Q. İsayev şübhəli şəxs qismində saxlanılıb. Məlum olub ki, həmin gün o, digər həmyerlisinə qarşı da xuliqanlıq edib. Sentyabrın 2-də məhkəmə Q. İsayevin 5 sutka müddətinə inzibati qaydada həbs olunması barədə qərar çıxarıb. Rayon sakinləri ilə mütəmadi olaraq problemlər yaradan Q. İsayevin tutulmasına etiraz edən 20-25 nəfər sentyabrın 7-də Lənkəran dəmir yolu vağzalının qarşısına yığışsa da hər hansı qarşıdurma baş verməyib, xəsarət alan olmayıb. İctimai qaydanı pozan 14 nəfər şöbəyə gətirilib, 4 nəfər ŞRPŞ tərəfindən cərimə olunub, 10 nəfər barəsində isə müvafiq protokollar tərtib edilməklə baxılması üçün şəhər məhkəməsinə göndərilib. Onu da qeyd edim ki, polisin gördüyü bu qətiyyətli tədbirlər vətəndaşlar tərəfindən razılıqla qarşılanıb".



Yerləşdirilib:9 Sentyabr, 2010  15:17, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com