Araqla kompres edilsə və sonra dəstəmaz alıb namaz qılınsa, bu namaz qəbuldurmu?
Şiə məzhəbinə görə, araq nəcisdir (murdardır). Onu içmək haram olduğu kimi, dəydiyi hər yeri də pak etmək lazımdır. Əgər araqla kompres olunsa, mütləq sonra həmin yer təmiz yuyulub, sonra pak olunmalıdır. Əgər belə edilməsə, alınan dəstəmaz batil olacaq. Batil dəstəmazla qılınan namaz da batildir. Əhli-sünnə məzhəbinə görə, arağı içmək haram olsa da, öz-özlüyündə o, murdar maddə sayılmır. Bunu da qeyd edək ki, araqla kompresdən uzaq olmaq yaxşıdır. Bunu əvəz edən başqa vasitələr var.