POPULYARXƏBƏRLƏR

"Qurani-Kərim"in nazil olmasının 1400 illiyi münasibəti ilə müsəlman ölkələrinin dini işlər nazirləri bir araya gəlib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov İstanbulda "Qurani-Kərim"in nazil olmasının 1400 illiyi münasibətilə təşkil olunan İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin dini işlər nazirlərinin görüşündə iştirak edib.

Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın himayədarlığı və iştirakı ilə keçirən görüşə bu ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, İKT-nin baş katibi Ekmələddin İhsanoğlu, İSESKO-nun baş direktoru Əbdüləziz Ət-Tüveyciri, İKT-yə üzv ölkələrin dini işlər nazirləri və digər rəsmi şəxslərindən əlavə, İslam dünyasının nüfuzlu din xadimləri, tanınmış islamşünaslar və ilahiyyatçılar qatılıblar.
Tədbirdə rəsmi açılış mərasimindən sonra İKT-yə üzv ölkələrin dini işlər nazirlərinin çıxışları başlanıb və ilk söz Hidayət Orucova verilib. Dövlət Komitəsinin sədri "Qurani-Kərim"in müsəlmanların və İslam dünyasının birliyi və həmrəyliyi baxımından böyük önəm daşıdığını qeyd edib. O, bildirib ki, elm və texnikanın sürətli inkişaf etməsinə, qloballaşma prosesinin dərinləşməsinə baxmayaraq, hələ də müsəlmanlar arasında nifaq toxumu səpilir, məzhəb və təriqət ayrı-seçkiliyi edilir, İslam dininin həmrəylik və humanizm ideyalarına kölgə salınır.

Hidayət Orucov müsəlman ölkələrinin dini problemlərdən əlavə, İslam dünyasında mövcud münaqişələrin həlli istiqamətində də səylərini gücləndirmələrinin, təcavüzə məruz qalmış din qardaşlarını müdafiə etmələrinin zəruriliyini bildirərək qeyd edib ki, bu, "Qurani-Kərim"in müsəlmanların üzərinə qoyduğu mənəvi borcdur.

H. Orucov prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə "Qurani-Kərim"in yüksək zövqlə, möhtəşəm poliqrafik icrada işıq üzü gördüyünü, bunun müqəddəs kitabın nəşri, ümumiyyətlə, Azərbaycanda İslam mədəniyyəti ilə bağlı əlamətdar hadisə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.



Yerləşdirilib:9 Sentyabr, 2010  15:10, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com