"İrana hər hansı hücum İsrail rejiminin məhvi ilə nəticələnəcək". APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu bəyanatla İran prezidenti Mahmud Əhmədinejad çıxış edib.
O bildirib ki, ABŞ və İsrail İrana hücum etmək gücündə deyil: "İrana hücum etmək sadəcə onların arzusudur. İrana hücum edərsə, İsrail dünya xəritəsindən silinəcək".