Əri rəhmətə getmiş qadın da talağını geri oxutdurmalıdırmı? O, yenidən ərə getmək üçün nə etməlidir?
Talaq yalnız tərəflər sağ ikən bir-birindən ayrıldığı zaman oxunur. Əgər kişi rəhmətə getmişsə, kəbin avtomatik olaraq pozulmuş sayılır və talaq oxutdurmağa ehtiyac yoxdur. Bu halda qadın “iddə” adlanan müddəti gözlədikdən sonra yenidən ərə gedə bilər. Əri rəhmətə getmiş qadının iddə müddəti 4 ay 10 gündür. Bu müddət, ərinin vəfatından qadının xəbərdar olduğu gündən başlayır. Əgər əri ölən qadın hamilədirsə, 4 ay 10 gün ərzində uşaq doğulmasa (və ya düşməsə), onun doğusunu (və ya düşməsini) gözləməlidir. Əgər uşağın doğuşu (ya düşməsi) 4 ay 10 gündən tez baş versə, yenə 4 ay 10 günün bitməsini gözləməlidir.