POPULYARXƏBƏRLƏR

Heç vaxt haradan gəldiyinizi unutmayın – İbrətli hekayə

Bu rəvayət qədim zamanlarda yaşayan Ayaz adlı bir kölə haqqındadır… Ayaz kölə olsa da böyük ağlı, qızıl ürəyi var idi. Bu ağılla, bu ürəklə onu sevməmək mümkün deyildi…

Tale elə gətirdi ki, Ayaz Sultan Mahmudun sarayına düşdü. Artıq o, böyük bir Sultanın köləsi idi. Ayaz Sultanın yanında xidmət etdiyi üçün onu tez-tez görürdü. Ayazın ağlı, ürəyi Sultanı da valeh etmişdi. Çox keçmədi ki, Ayaz Sultanın etibarını qazandı. Hətta iş o yerə gəlib çatdı ki, Sultan Ayazı bütün sarayın xəzinədarı təyin etdi. Artıq saray xəzinəsinin ən qiymətli ləl-cəvahiratları, daş-qaşları Ayazın əlində idi…

Ancaq saray əyanları Sultanın Ayaza olan bu sevgisini heç cür qəbul edə bilmirdilər. Həsəd və kin onların gözünü örtmüşdü… Əyanlar hər gün Sultanın yanında Ayazdan danışır, bir sözlə onu gözdən salmaq üçün əllərindən gələni edirdilər.

Bir gün Sultan iki əyanın söhbətini eşitdi. Əyanlardan biri o birinə bu sözləri deyirdi: “Xəbərin var, Ayaz tez-tez xəzinəyə gedir. Hətta orada saatlarla qalır. Kim bilir bəlkə də Sultanın daş-qaşlarını, ləl-cəvahiratlarını oğurlayr”… Sultan qulaqlarına inanmadı və öz-özünə, “Hər şeyi öz gözlərimlə görməliyəm”, dedi. O, xəzinəyə gedib divarlarından birində kiçik bir deşik açdı.

Bir gün Ayaz xəzinəyə gedəndə Sultan bu deşikdən ona tamaşa etməyə başladı. Ayaz içəri girib səssizcə qapını bağladı. İçəridə böyük bir sandıq var idi. Ayaz sandığa yaxınlaşıb qarşısında oturdu və yavaşca qapağını qaldırıb içindən kiçik bir boğça çıxartdı. Boxçanı öpüb alnına qoydu. Sonra boxçanı açdı. İçində kölələrin geydiyi yırtıq-sökük bir paltar var idi.

Ayaz saray paltarını çıxarıb bu paltarı geydi. Aynanın qarşısına keçdi. Bir qədər baxdıqdan sonra öz-özünə: “Ayaz, bir vaxtlar sən bu paltarı geyirdin… O vaxt sən əli-qolu bağlı bir kölə idin… Kim istəsə ala, kim istəsə sata bilərdi… Ancaq Allah Sultanın əli ilə sənə rəhmətindən bəlkə də heç layiq olmadığın bu neməti bəxş etdi. İndi isə saraydasan… Odur ki, heç vaxt haradan gəldiyini unutma!..”, dedi.

Sonra Ayaz paltarını dəyişdi. Köhnə paltarlarını boğçaya büküb sandığa qoydu. Ağzını bağlayıb səssizcə qapıya doğru getdi. Ayaz qapıdan çıxanda birdən qarşısında Sultanı gördü. Sultan gözlərini Ayaza dikmişdi. Yanaqlarından isə yaş süzülürdü. Qəhərdən boğazı tutulmuşdu. Danışmaqda çətinlik çəkirdi. Nəhayət Sultan dilləndi və, “Bu günə qədər ləl-cəvahiratlarımın, daş-qaşlarımın xəzinədarı idin… İndi isə qəlbimin xəzinədarı oldun!.. Bir də sən mənə Sultanımın, qarşısında bir heç olduğum Sultanımın hüzurunda necə davranmağı öyrətdin”, dedi…



Yerləşdirilib:6 Fevral, 2015  14:49, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com