Ana dəstəmaz aldıqdan sonra körpənin bulaşmış bezini dəyişdikdə dəstəmaz pozulurmu?
Dəstəmaz bir neçə halda pozulur. İnsanın bədəninin kənardan nəcasətə bulaşması bu hallara aid deyil. Ana öz körpəsinin bulaşıq bezini dəyişdirəndə dəstəmazı pozulmaz. Əgər bu zaman əli ya paltarı bulaşarsa, sadəcə onu pak edib namaz qıla bilər. Yenidən dəstəmaz almağa şəriət baxımından ehtiyac yoxdur.