Deyirlər ağacı kəsərkən nə isə dua oxumaq lazımdır. Doğrudurmu?
Ümumiyətlə, bar verən və hələ qurumamış ağacı kəsmək dinimizdə müsbət qarşılanmır. Çünki hər bir ağac, hər bir yaşıllıq nümunəsi öz meyvəsi, kölgəsi, gözəlliyi ilə və oksigeni zənginləşdirməsi ilə insana fayda gətirir. Amma əgər ağac quruyubsa və heç bir faydası yoxdursa, onu rahatlıqla kəsmək olar. Həmçinin, əgər bar verən ağac insana maneçilik törədirsə, məsələn, onun yerində ev tikmək lazımdırsa və başqa uyğun bir yer yoxdursa, bu halda da ağacı kəsmək olar. Ağacı kəsərkən nə isə dua oxumağa və ya hər hansı əməli etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, hər bir işin əvvəlində olduğu kimi, bu zaman da “bismillah” söyləmək kifayət edər.