Yaş əllə nəcis əşyaya toxunduqdan sonra başqa əşyaya toxunduqda, o da murdar olacaqmı?
Nəcasət (murdarlıq) yaş halda ötürülür. Nəcasətin ötürülməsi üçün ya onun özünün, ya da ona toxunan digər əşyanın yaş olması kifayətdir. Nəcasətin su ilə ötürülməsi 3 dəfə davam edə bilər. Yəni nəcasət rütubət vasitəsilə zəncirvari şəkildə daha üç pak əşyani murdar edə bilər, dördüncü sıradakı əşya isə murdar olmaz. Məsələn, sağ əl sidiyə bulaşsa, yaş halda sol ələ dəysə, sol əl də murdar olacaq. Sol əl yaş halda başqa bir əşyaya dəysə, o əşya da murdar olacaq. Amma həmin əşya başqa əşyanı murdar edə bilməz.