Səcdə və rüku zamanı zikrlər neçə dəfə deyilməlidir?
Səcdə və rüku zamanı ən azı 3 dəfə “sübhan Allah” zikri deyilməlidir. Bunun əvəzinə rükuda bir dəfə “Sübhanə rəbbiyəl-əzimi və bihəmdih”, səcdədə bir dəfə “Sübhanə rəbbiyəl-əla və bihəmdih” zikrini demək də olar. Bu zikrlərin sayını atıraraq 3 dəfə və daha çox təkrar etmək müstəhəbdir. Amma diqqət yerirmək lazımdır ki, təkrarların sayı tək rəqəm olsun (3, 5 və ya 7 dəfə). Zikrlərdən sonra Peyğəmbərə və nəslinə salavat söylmək də böyük savaba malikdir.