Niyə şiə mənbələrində İmam Cəfər Sadiqin (ə) hədisləri daha çoxdur?
İmamlar Əməvi və Abbasi xəlifələrinin təzyiqi altında yaşamışlar. Onlar öz tərəfdarları ilə tez-tez görüşməyə imkan tapmır və şiə məzhəbini açıq təbliğ edə bilmirdilər. Amma İmam Cəfər Sadiqin (ə) zamanında Əməvilərlə Abbasilər hakimiyyət uğrunda mübarizə edirdilər. Əməvilər xeyli zəifləmiş, Abbasilər isə hələ tam güc toplamamışdı. Buna görə də İmam Sadiqin (ə) üzərində nəzarət azalmışdı. Bu şəraitdən istifadə edən İmam dərs məclisləri təşkil edib, tələbələr yetişdirməyə başladı. Rəvayətə görə, İmam Sadiqin (ə) tələbələrinin sayı 4000 nəfərdən artıq idi. Buna görə o həzrətdən rəvayət edilən hədislərin də sayı o biri imamların hədislərindən daha çoxdur.