POPULYARXƏBƏRLƏR

İraqın Azərbaycandakı səfiri: "Siyasi əlaqələrimizin səviyyəsini əla qiymətləndirirəm

Bakı ilə Bağdad, Nəcəf və Ərbil arasında hava reyslərinin açılması layihəsi üzərində iş aparılır"

İraqın Azərbaycana yeni təyin olunmuş səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakın APA-ya eksklüziv müsahibəsi

- Hörmətli səfir, əvvəlcə özünüz haqqında məlumat verməyinizi istərdik.

- 1990-cı ildən bəri dövlət xidmətindəyəm. 2003-cü ildə İraqın azadlığından sonra Hökumət Şurasına daxil olmuşam. Bu, İraqın azadlığından sonra ölkəni idarə etmək üçün təşkil olunmuş şura idi. Bu xüsusi şura müəyyən müddət ərzində Amerika idarəçiliyi ilə əməkdaşlıq şəraitində dövlətin işlərini idarə edirdi. Şura 25 üzvdən ibarət idi və hər üzvün bir müavini var idi. Mən bu üzvlərdən birinin müavini olmuşam. 2004-cü ilin yayından Xarici İşlər Nazirliyində işə başlamışam. Sonra İraqın Bolqarıstandakı səfiri vəzifəsində çalışmışam. 2007-ci ilin ortalarında Bağdada döndükdən sonra mətbuat və informasiya idarəsinin rəhbəri vəzifəsində işləmişəm. Evliyəm, iki övladım var.

- Azərbaycan-İraq əlaqələrinin səviyyəsi və perspektivi haqqında nə deyə bilərsiniz?

- Ölkələrimiz bir-birinə tarixi əlaqələrlə bağlıdır, bu əlaqələr çox qədimdir və yüz illərə söykənir. Siyasi əlaqələrimizi əla qiymətləndirə bilərəm. Həm ikitərəfli səviyyədə, həm İslam Konfransı Təşkilatı çərçivəsində, həm beynəlxalq səviyyədə - BMT çərçivəsində iki qardaş dövlət arasında siyasi koordinasiya var və müştərək iş aparılır. Azərbaycanın beynəlxalq səviyyədə qaldırdığı məsələlərə İraq dəstək verir. Bunun da müqabilində Azərbaycan İraqa dəstək verir. İndi biz əlaqələrin digər sahələrini inkişaf etdirməyi düşünürük. Ticari və iqtisadi aspektlər siyasi əlaqələri gücləndirir. Lakin indiki şərait əməkdaşlığı genişləndirməyə kömək etmir. İraqda hökumətin qurulmasının yubadılması da buna maneədir. Keçən ay iki dövlət arasında əməkdaşlıq sahəsində çox mühüm sazişlər imzalanmalı idi, lakin hökumətin təşkil olunmaması bu sənədlərin imzalanmasını təxirə saldı. Bu sənədlər ticarət, mədəniyyət, təhsil sahələrinə aid mühüm sazişlərdir. Həmçinin Bakı ilə Bağdad, Nəcəf və Ərbil arasında hava reyslərinin açılması layihəsi üzərində də iş aparılır. Bütün bunlar əlaqələri daha da gücləndirəcək.

- Hökumət nə vaxt formalaşacaq ?

- İraqdakı bütün siyasi tərəflər hökumətin təşkilində maraqlıdır. Heç kim bu gecikməni istəmir. Ümid edirik ki, tez bir vaxtda hökumət formalaşacaq.

- Səfirliyiniz Azərbaycan vətəndaşlarına viza verirmi?

- Çoxdan. Səfirlik açıldıqdan bəri qaydalara müvafiq olaraq istənilən Azərbaycan vətəndaşının səfirliyin konsulluq şöbəsinə müraciət edərək viza almaq hüququ var.

- Azərbaycan da İraq da neft ölkələridir. Enerji sahəsində əməkdaşlıq nə yerdədir?

- Əvvəllər də, indi də azərbaycanlı neft mütəxəssisləri İraqa gedirlər, yataqların işlənməsinə yardım edirlər. İraqla Azərbaycan arasında neft sahəsində əməkdaşlıq çoxdan mövcuddur. Bir çox iraqlı neft mütəxəssisləri Azərbaycan Dövlət Neft Akademiyasının məzunlarıdır. Bu sahədə perspektivlər qeyri-məhduddur. Hər iki tərəfdə bu sektoru gücləndirmək, inkişaf etdirmək üçün niyyət var. Lakin bu əməkdaşlığı sazişlərlə qanunlaşdırmağa ehtiyac duyulur. Bu istiqamətdə iş gedir, ümid edirəm ki, Allahın izni ilə yaxın gələcəkdə müvafiq sənədlər imzalanacaq.

- Avstriya "Nabucco" qaz kəməri ilə Azərbaycan və İraq qazının ötürülməsi barədə fikir səsləndirmişdi. İraqın buna münasibəti necədir?

- Belə ideya mövcuddur. Hazırda Kərkükdən Ceyhana strateji xətt var. "Nabucco" xətti də Ceyhandan keçməlidir. İdeya var ki, bu iki kəmər birləşdirilsin və Avropaya çatdırılsın. Bununla bağlı İraq tərəfi siyasi qərar verməlidir. İraq Neft Nazirliyi bu mövzuda öz sözünü deyə bilər. Azərbaycan, İraq və Türkiyə arasında xərcləri, kəmiyyətləri və s. müəyyən edən saziş olmalıdır.

- ARDNŞ bir çox ölkələrdə öz nümayəndəliyini açır. İraqda belə bir ofisin açılışı planlaşdırılırmı?

- Bu məsələ danışıqların, müzakirələrin detallarıdır. İraq azərbaycanlı neft mütəxəssislərinə, qazmaçılarına, neft mühəndislərinə müraciət etmişik ki, İraqın neft yataqlarında işləməyə getsinlər.

- Getmək istəyənlərin sayı çoxdurmu?

- Deyə bilmərəm ki, çoxdur. Amma onu deyə bilərəm ki, azərbaycanlı mütəxəssislərin təcrübəsinə ehtiyac var.

- Getmək istəyənlərin sayının az olmasına yəqin ki, İraqdakı hərbi vəziyyət mane olur.

- Təbii ki.

- Hərbi vəziyyət nə vaxt qurtaracaq?

- Mərhələlərlə, tədricən olacaq. Birinci mərhələ ondan ibarətdir ki, cari ayın sonlarında Amerika qüvvələri döyüş əməliyyatlarını dayandırmalıdır. Belə ki, avqustun sonuna kimi Amerika qüvvələri heç bir döyüş tapşırığı yerinə yetirməyəcək. İkinci mərhələdə - 2011-ci ilin sonuna kimi qalan qoşunların tədricən çıxarılması göstərilir. 2011-ci ilin dekabrında İraqda heç bir Amerika qüvvəsi qalmayacaq. Ancaq 300-400 əsgərdən ibarət qoşun qalacaq, onlar da Amerika səfirliyini qorumaq üçün.

- Azərbaycan sülhməramlılarının İraqda iştirakını necə qiymətləndirirsiniz?

- İraqın azad olunmasında fəal iştirakına görə Azərbaycan hökumətinə təşəkkürümü bildirirəm. Azərbaycanın 2003-cü ildən başlayan bu iştirakı iki dövlət arasında əlaqələri taclandırdı. Ən mühümü odur ki, iraqlılar Azərbaycan hərbçilərinə xüsusi münasibət bəsləyir. Bunun səbəbi həm dini faktor, həm də xalqlarımızın eyni adət və ənənələrə malik olmasıdır.

- Amerika qoşunları çıxarıldıqdan sonra Azərbaycanın sülhməramlıları da İraqdan çıxacaqmı?

- Bəli, 2011-ci ilin sonunda İraqda heç bir əcnəbi əsgər qalmayacaq. Əslində hazırda ölkənin müdafiəsini İraq ordusu özü yerinə yetirir. Əcnəbi qüvvələr zərurət yarananda kömək göstərirlər. Lakin terrorçularla döyüşlər, onların ələ keçirilməsi, qovulması İraq təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilir.

- İnşallah əcnəbi hərbi qüvvələr ölkədən gedər və İraqda sülh, əmin-amanlıq bərpa olunar.

- İnşallah Azərbaycan da ərazi bütövlüyünü bərpa edər, Dağlıq Qarabağı qaytarar, işğalçı silahlı qüvvələri oradan çıxarar.




Yerləşdirilib:21 Avqust, 2010  15:20, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com