Türkiyənin Tel-Əvivdəki səfirliyində iki nəfəri girov götürmüş fələstinli İsrail Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) sabiq əməkdaşı olub
APA-nın AFR-ə istinadən yaydığı məlumata görə, fələstinlinin vəkili bildirib ki, Ramallah sakini olan müştərisi 1990-2000-ci illərdə ŞABAK-la əməkdaşlıq edib. Bu müddət ərzində o Fələstin təşkilatlarının İsrail ərazisində hazırladığı terror aktları barədə qarşı tərəfi məlumatlandırıb və bununla bir çox yəhudinin həyatını xilas edib. ŞABAK rəhbərliyi isə Nadim İndjazın bu qurumla heç vaxt əməkdaşlıq etmədiyini bildirib.