Bakı şəhərindəki "İlahiyyat fakültəsi" məscidinin sabiq imamı İbrahim Məmiş Türkiyənin Ədirnə rayonunun müftüsü təyin olunub
Bu barədə APA-ya İ. Məmişin özü məlumat verib. O, əhalisi 200 min nəfərdən ibarət Ədirnədə 456 din xadimi olan idarəyə rəhbərlik edəcək.
Qeyd edək ki, İ. Məmiş 2006-2010-cu illərdə Bakıda "İlahiyyat fakültəsi" məscidi ilə yanaşı, "Şəhidlər" məscidində də fəaliyyət göstərib, Azərbaycanda səlahiyyət müddəti başa çatdıqdan sonra isə bu il iyunun 15-də ölkəsinə dönüb.