Azərbaycan Pakistana maddi yardım edəcək. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Pakistan İslam Respublikasında baş vermiş təbii fəlakətlə əlaqədar, təbii fəlakətdən zərər çəkmiş insanlara yardım göstərilməsi və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Pakistana 1 milyon ABŞ dolları məbləğində maddi yardım göstərəcək.