Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan ordusunun şəhid giziri Mübariz İbrahimovun meyitinin qaytarılmasına yardım göstərməsi üçün Moskva və Bütün Rusiyanın patriarxı Kirillə müraciət edəcəyini deyib.
APA-nın xəbərinə görə, bu barədə A. Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında bildirib. Şeyx M. İbrahimovun meyitinin qaytarılması ilə bağlı danışıqların aparıldığını qeyd edib. A. Paşazadə bu işdə Kirillin vasitəçiliyindən istifadə edəcəklərini vurğulayıb.