Azərbaycan-İran sərhədində güclü yanğın olub
APA-nın Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, hadisə Cəlilabad rayonu, Dələli kəndində (rayon mərkəzindən 45km aralı) sərhəd zolağı ərazisində qeydə alınıb və 100 hektar ərazini əhatə edib. Quru otlaq sahədə baş verən yanğın ötən gecə saat 23.20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.