Azərbaycan İslam Partiyası (AİP) bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak barədə qərar qəbul edib
Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu barədə qərar AİP Baş Məclisinin iclasında verilib. Partiya rəhbərliyi bu seçkilərin Azərbaycanın demokratikləşməsi, milli mənəvi dəyərlərinin qorunması baxımından seçkidə iştirakın vacib olduğunu qeyd edib.
ALP Baş Məclisinin iclasında, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparılıb. Partiya rəhbərliyi problemin yalnız xalqın gücünü səfərbər etməklə həllinin mümkünlüyünü bəyan edib. Bu məqsədlə partiya AİP nəzdində Qarabağ İslami Müqavimət Təşkilatı təsis edib. Təşkilata Qarabağ müharibəsi veteranı Rövşən Əhmədli sədr seçilib.