Azərbaycan prezidenti İlham Əliyev Pakistan prezidenti Asif əli Zərdariya başsağlığı məktubu göndərib.
APA-nın məlumatına görə, baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərdən kədərləndiyini qeyd edən prezident İ. Əliyev faciə ilə əlaqədar A. Ə. Zərdariyə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.
Qeyd edək ki, baş vermiş sel fəlakəti nəticəsində 1000-dək insan həlak olub, ümumilikdə 1,5 milyondan çox insan zərər çəkib.