Təyəmmüm zamanı ovucları yerə neçə dəfə vurmaq lazımdır: bir dəfə ya iki dəfə?
Bəzi müctəhidlərin fikirncə, dəstəmaz əvəzinə alınan təyəmmüm zamanı ovucları bir dəfə yerə vurub, alına və əllərin üstünə sürtmək kifayətdir. Amma qüsl əvəzinə təyəmmüm zamanı ovuclar iki dəfə yerə vurulur. Yəni əvvəlcə bir dəfə ovucları yerə vurmaqla təyəmmüm edilir, sonra ovuclar yenə yerə vurulur və yalnız əllərin üzərinə məsh edilir. Bəzi müctəhidlər (məsələn, Ayətullahlar Sistani, mərhum Təbrizi və Behcət) isə həm dəstəmaz əvəzinə, həm də qüsl əvəzinə təyəmmüm alanda ehtiyati-müstəhəbbə görə ikinci qaydaya riayət etməyi lazım bilmişlər.