Nə üçün yas məclislərində Yasindən sonra imamların adı bir-bir çəkilən şeir oxunur?
Həmin oxunan sözlərə “tilavət” deyirlər. Tilavət adətən şeir şəklində yazılmış olur. Onun mətnində 14 məsumun adı çəkilir və onlara təvəssül edilərək, məclis əhlinin günahlarının bağışlanması, oxunan ayələrin savabının mərhumun ruhuna hədiyyə edilməsi Allahdan rica edilir. Azərbaycandakı hüzr məclislərində adətən böyük İslam alimi Şeyx Bəhainin yazdığı “İlahi, binəbiyyin ərəbiyyin və rəsulin mədəni” misrası ilə başlayan ərəbcə tilavət daha çox oxunur. Bəzən Azərbaycan şairləri (Füzuli, Qüdsi, Vahid) tərəfindən qələmə alınmış tilavətlərin oxunması ilə də rastlaşırıq.