Niyə Qurani-kərimdə buyurulur ki, cənnətdə möminlərə şərab veriləcək? Məgər şərab haram deyilmi?
Ərəb dilində “şərab” ümumi mənada “içki” deməkdir. Bura həm halal, həm də haram içkilər daxildir. Quranda cənnət nemətlərindən danışılarkən “şərab” ifadəsi işlədilir və bəzən də ona “təhur”, yəni pak sifəti əlavə edilir. Bu, bizim ürfdə qəbul etdiyimiz şərab (alkoqol) anlayışı deyil. Əlbəttə ki, alkoqol həmişə haramdır və cənnətdə də haram olacaq. Qurani-kərimdə alkoqollu haram içkilərdən söhbət açılarkən, “xəmr” və “sükara” adlı ifadələrdən istifadə edilir. Bunlar məstedici, yəni insanı sərxoş edən içkilərdir. Xəmr və sükara Quranda haram elan edilir, hətta Şeytan əməli olan murdarlıq adlandırılır.