Niyə qəbristanlıqda daha çox Ya-Sin surəsini oxuyurlar?
Ya-Sin surəsini Peyğəmbərimiz Quranın qəlbi (ürəyi) adlandırırdı. Hədis və rəvayətlərdə məsumlarımızın rəhmətə gedənlərdən ötrü Ya-Sin surəsini oxumaq barədə tövsiyələri çoxdur. Məsələn, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Kim qəbristana girəndə Ya-Sin surəsini oxusa, həmin gün bütün qəbristan əhlinin əzabı yüngülləşər. Qəbristanda uyuyan ölülərin sayı qədər həmin adama savab verilər” (Biharül-ənvar, cild 102, səh. 301). Yenə o həzrət buyurub: “Kim hər həftənin cümə günündə ata-anasının və ya onlardan birinin məzarını ziyarət etsə və ruhuna Ya-Sin oxusa, hər bir hərfin əvəzinə Allah onun bir günahını bağışlayar” (Kənzül-ümmal, cild 16, səh. 479). Bunun bir səbəbi də yəqin ki, surədə axirət aləmi və qiyamət günü haqqında geniş danışılmasıdır.