Özü müsəlman olan, lakin valideynləri başqa dindən olan insanla ailə qurmaq olarmı? Onlara “Yasin” oxumağa icazə verilirmi?
Valideynləri müsəlman olmayan, amma özü müsəlman olan insanla ailə qurmaq olar. İnsan valideynlərinə görə deyil, yalnız öz dini və təqvasına görə Allah tərəfindən qiymətləndirilir. Lakin kiminsə valideyni müsəlman olmayıbsa və artıq dünyadan köçübsə onlara “Yasin” oxumaq düzgün deyil.