Türkiyədə gecə yarısından sonra səs-küylü əyləncələrin keçirilməsinə rəsmən qadağa qoyulub
"APA-ECONOMICS"in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu qadağa Türkiyə Ətraf Mühit və Meşələrin Mühafizəsi Nazirliyi tərəfindən rəsmən təsdiqlənib. Ətraf mühit və meşələrin müdafiəsi naziri Veysəl Eroğlunun sözlərinə görə, Nazirliyə turistlər tərəfindən Antalya, Manavqat və Muğla kurortlarından səs-küylə bağlı şikayətlər daxil olur və məhz buna görə qərar alınıb ki, səs-küylü əyləncə tədbirləri yalnız saat 00:00-dək davam edə bilər.