Bir qazi ətrafdakıları əmmaməsinin böyüklüyü ilə təəccübləndirirdi, bundan hörmət qazanmaq üçün istifadə edirdi. Amma heç kim bilmirdi ki, əmmaməsinin belə görünüş alması üçün o, pambıq, keçə, hətta köhnə paltarların qalıqlarından da istifadə edir.
Günlərin birində oğuru əmmaməni qazinin başından götürüb qaçdı. Qazi isə onu arxadan belə səslədi:
- Ay bala, tələsmə belə. Hələ bir bax gör əlindəki nədi! Bəyənsən – apar evinə...
Oğru ayaq saxladı, “qənimətinə” nəzər saldı, sonra da əmmamənin içindən lazımsız əşyaları çıxarıb atmağa başladı. Əlində kiçik bir parça qaldı. Sonra da üzünü qaziyə tutub dedi:
- A kişi, heç utanırsan? Mən elə bilirdim sənin əmmamənin böyük dəyəri var. Amma sən demə bu adi parçadı! Sən məni aldatmısan!
Qazi isə kefini pozmadan cavab verdi:
- Sənin məndən şikayət etməyə heç haqqın yoxdur. Çünki bu çalmanın əsl dəyərini ancaq sən bilirsən. Amma, bax, qalanlarını isə mən aldatmışam!
P.S. Maraqlıdır, görəsən ətrafımızda belə əmmamə ilə gəzən nə qədər insan var? Deyəsən, axı çoxdu...