“Ziyarəti-Nahiyeyi-müqəddəsə” nə deməkdir?
“Ziyarəti-Nahiyeyi-müqəddəsə” İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin ziyarətnaməsidir. Bu ziyarətnaməni Seyyid ibn Tavus “İqbal” kitabında vermişdir. Rəvayətə görə, ziyarətnamə hicri 252-ci ildə Nahiyeyi-müqəd¬dəsədən (yəni müqəddəs mənbədən, məsumdan) Şeyx Mühəmməd ibn Qalib İsfahani adlı bir nəfərə göndərilmişdir. Adından göründüyü kimi, ziyarətna¬mənin On ikinci İmam tərəfindən göndərildiyi ehtimal edilir. Lakin hicri 252-ci ildə o həzrət hələ anadan olmamışdı. Buna görə də alimlər həmin ziddiyyəti aradan qaldırmaq üçün belə bir fikir irəli sürmüşlər ki, ziyarətnamə ya bir qədər sonra aşkara çıxmışdır (yəni tarix katiblər tərəfindən köçürülərkən, səhv yazılıb), ya da elə hicri 252-ci ildə, amma On birinci İmam Həsən Əsgəri (ə) tərəfindən göndəril¬mişdir.
“Ziyarəti-Nahiyeyi-müqəddəsə” sənədindəki bəzi ciddi problemlər üzündən bir çox yüksək dərəcəli alim tərəfindən zəif və etibarsız sayılır (məsələn, mərhum Şeyx Mühəmməd Mehdi Şəmsüddinin “Ənsarül-Hüseyn” kitabı).