İran xarici işlər naziri Mənuçöhr Mottəki Türkiyə və Braziliya ilə Tehran Bəyannaməsinə dair görüş keçiriləcəyini bildirib. O görüşün güman ki, yenə də Tehranda olacağını bildirib
İran xarici işlər naziri Mənuçöhr Mottəki Türkiyə və Braziliya ilə Tehran Bəyannaməsinə dair görüş keçiriləcəyini bildirib. O görüşün güman ki, yenə də Tehranda olacağını bildirib.
Tehran Bəyannaməsi Türkiyə, İran və Braziliya tərəfindən mayın 17-də Tehranda imzalanmışdı.
ABŞ, Rusiya və Fransa İranın anlaşmaya dair göndərdiyi məktuba mənfi cavab vermiş və Tehran Bəyannaməsinə qoşulmayacaqlarını açıqlamışdılar.