"Rusiya S-300 raketlərinin İrana verilməsinə dair üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir".
İRNA-ya istinadən verdiyi məlumata görə, bu bəyanatla İranın müdafiə naziri Əhməd Vəhidi çıxış edib. O bildirib ki, S-300 raketlərinin alınması İranın müdafiəsi zəminində bağlanan müqavilələrə əsaslanır: "Bunun BMT Təhlükəsizlik Şurasının İran əleyhinə çıxardığı sanksiyalara aidiyyəti yoxdur. Ruslar bu məsələyə rəsmi mövqe bildirməli və cavab verməlidirlər. Hər halda İran bu məsələnin üzərində ciddi dayanacaq".