Doğru sözdürmü ki, ərəb dili qrammatikasının banisi İmam Əli (ə) olub?
Ərəb dili qrammatikasının (nəhv elminin) banisi Əbül-Əsvəd Duəli sayılır. Əbül-Əsvəd Duəli tabiindən olmuş, yəni Peyğəmbərin zamanında yaşasa da o həzrəti görməmiş, İmam Əlinin (ə) tərəfdarı olmuşdur. İmam Əlinin (ə) tərəfindən Bəsrə şəhərinə valililk etdiyi, Cəməl və Siffeyn savaşlarına qatıldığı (İmamın tərəfində) yazılır. O, Qurani-kərim nüsxələrində ilk dəfə nöqtə qoyan şəxsdir. Çox bacarıqlı şair, ədib və natiq olmuşdur. Əbül-Əsvədin nəhv elminin əsaslarını Həzrət Əlidən (ə) öyrəndiyi, sonra bu bilikləri sistemləşdirdiyi yazılıb.