Azərbaycan və Suriya arasında ümumvətəndaş pasportlarına malik şəxslərin bu və digər ölkəyə vizasız gediş-gəlişi yaxın illərdə mümkün ola bilər.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan-Suriya hökumətlərarası komissiyasının Suriya tərəfdən həmsədri Sufian əl Alao bildirib.
Nazir bildirib ki, artıq ölkələr arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün viza aradan qaldırılıb: "Ölkələr arasında münasibətlər getdikcə inkişaf edir. Ümid edirik ki, əlaqələrin genişlənməsi ilə əlaqədar olaraq ümumvətəndaş pasportlarına malik şəxslər də bu hüquqdan istifadə edə biləcəklər".