Azərbaycan prezidenti İlham Əliyev iyunun 29-da Suriya Ərəb Respublikasının neft və mineral ehtiyatlar naziri, Suriya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Sufyan Alaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev iyunun 29-da Suriya Ərəb Respublikasının neft və mineral ehtiyatlar naziri, Suriya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Sufyan Alaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, Suriya-Azərbaycan hökumətlərarası komissiyasının birinci iclasının keçirilməsinin əhəmiyyətini vurğulayan dövlət başçısı əmin olduğunu bildirib ki, bu tədbir ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacaq. Prezident İ. Əliyev Azərbaycanın Suriya ilə əlaqələrin çoxşaxəli olmasında, eləcə də siyasi, iqtisadi sahələrdə tərəfdaşlığın daha da möhkəmlənməsində maraqlı olduğunu vurğulayıb.
Öz növbəsində, Sufyan Alao Suriya ilə Azərbaycanın əlaqələrinin möhkəmlənməsini ölkələrimiz arasında hörmətin təzahürü adlandırıb.