Milli Məclisin deputatı, İslam Konfransı Təşkilatının (İKT) Parlament İttifaqında (Pİ) Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva sabah Suriyanın paytaxtı Dəməşqə yola düşəcək.
Milli Məclisin deputatı, İslam Konfransı Təşkilatının (İKT) Parlament İttifaqında (Pİ) Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva sabah Suriyanın paytaxtı Dəməşqə yola düşəcək. Bu barədə APA-ya məlumat Milli Məclisdən daxil olub. Məlumata görə, deputat İKT Pİ-nın Yaxın Şərqdəki vəziyyətə həsr olunan konfransında iştirak edəcək. Tədbirin yekununda Dəməşq bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur.
Səfər iyulun 1-də başa çatacaq.